Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın dövlət borcu açıqlandı

Rusiyanın dövlət borcu açıqlandı

Tarix: 1 Iyun 2021 11:14

Rusiyanın 2021-ci ilin birinci rübündə dövlət borcu 741,3 milyard rubl artaraq 19,7 trilyon rubl, yaxud ÜDM-in 17 faizini təşkil edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Hesablama Palatası bildirib.  

"İlkin məlumatlara görə, 2021-ci ilin birinci rübü ərzində Rusiya Federasiyasının dövlət borcu 741 290,4 milyon rubl və ya 3,9 faiz artıb və 2021-ci il aprelin 1-də 19 681 692,6 milyon rubl (ÜDM-in proqnozlaşdırılan həcminin 17 faizi) təşkil edib", - sənəddə deyilir.

Daxili borc 683 milyard rubl, yaxud 4,6 faiz artaraq 15,434 trilyon rubla bərabər olub. Rusiya dövlət borcunun ümumi həcmində onun payı 77,9 faizdən 78,4 faizə yüksəlib.

Xarici borc 598,3 milyon dollar və ya yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 1,1 faiz azalaraq, aprelin 1-də 56,1 milyard dollar təşkil edib.


Etiketlər:  Rusiyanın dövlət borcu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ