Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toyuma bir neçə gün qalmış mənimlə ailə quracaq oğlanı qaçırtdılar''

''Toyuma bir neçə gün qalmış mənimlə ailə quracaq oğlanı qaçırtdılar''

Tarix: 2 Iyun 2021 20:20

"Toyuma bir neçə gün qalmış mənimlə ailə quracaq oğlanı qaçırtdılar".

Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində "Pişik" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova deyib.

O bildirib ki, illər öncə gəlinlik geyinmək arzusu gözündə qalıb: "Mən heç vaxt gəlinlik geyinmədim. Hətta el arasında belə bir deyim var ki, toydan öncə gəlinlik geyinməyin düşər-düşməzi var. Bu yalandır. O vaxt mənə verilişlərin birində gəlinlik geyinmək təklif etdilər, razı olmadım. Amma özümə bir qadın kimi gəlinlik qismət olmadı. Bu mənim ən böyük arzum idi. Özümdə yaşaya bilmədiyim arzuları övladımın yaşamağını arzu edirəm.

Mənimlə toyu olacaq oğlanla nikahımız var idi. Oğlan məndən boşanmaq istəmirdi. Sonra oğlanı həbs etdilər. Mənə görə yox, başqa səbəbə görə. Vəkilim də həbsxanada onun yanına getdi, orada boşanma məsələsi həll olundu. Allaha qurban olum ki, nə yaxşı ki, həmin insanla toyum olmadı. Hər şərdə bir xeyir var. Yaxşı ki, mənim istədiyim kimi yox, Allahın istədiyi kimi oldu. İndi həmin anları xatırlayanda gülməyim gəlir. Bir tərəfdən də sevinirəm. Bu gün lüks həyat sürməsəm də, övladım olduğuna görə xoşbəxtəm".

Xatırladaq ki, G.Ələkbərova hazırda evlidir, bir qızı var.


Etiketlər:  Toyuma neçə gün qalmış mənimlə ailə quracaq oğlanı qaçırtdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ