Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 yaşlı uşaq canını ayıdan belə qurtardı - VİDEO

12 yaşlı uşaq canını ayıdan belə qurtardı - VİDEO

Tarix: 2 Iyun 2021 20:32

Meşədə ayı görsəniz, nə edərsiniz? Çox güman ki, var gücünüzlə qaçmağa çalışarsınız, lakin əslində bu, təhlükəlidir. Çox vaxt yırtıcı heyvanlar "qaçanı qovurlar".

Milli.Az big.az-a istinadən xəbər verir ki, Loris Kalliari adlı "Twitter" istifadəçisi sevgilisinin 12 yaşlı oğlunun ayıdan canını qurtardığı əks olunan videonu paylaşıb.

Belə ki, sevgilisi və onun oğluyla meşəyə gəzməyə gedən adam çəkiliş zamanı arxadan ayı gəldiyini görərək uşağa qaçmağa çalışmamağı, sakitcə ona tərəf gəlməyi deyərək təlimat verib.

Qorxduğuna baxmayaraq, uşaq "missiya"sını uğurla başa çatdırıb. Ayı insanların onunla işi olmadığını görərək, ərazidən özü uzaqlaşıb.

Milli.Az


Etiketlər:  yaşlı uşaq canını ayıdan belə qurtardı VİDEO


RƏYLƏR