Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tərifləyirdilər, 20-ci yerə düşəndən sonra başladılar pisləməyə''

''Tərifləyirdilər, 20-ci yerə düşəndən sonra başladılar pisləməyə''

Tarix: 3 Iyun 2021 01:30

Müğənni Elvin Abdullayev "Eurovision 2021"də Azərbaycanı təmsil edən Samirə Əfəndidən bəhs edib.

Axşam.az xəbər verir ki, "10-da görüşək" proqramında yer alan ifaçı Samirəni tənqid edənlərə əsəbiləşib:

"Yerli sənətçilər finaldan iki-üç gün əvvəl gözəl rəylər yazır, tərifləyirdilər. Gəlib 20-ci yerə düşəndən sonra başladılar pisləməyə: lazım deyildi, nə bilim nə. Nə oldu? Nə dəyişdi? Qrup yoldaşım olan Fərid Məmmədov çox güclü ifaçıdır. Öz gücü ilə "Eurovision"da ikinci yeri tutmuşdu. Nə buradan yüksək səviyyəli yola salındı. Nə qayıdanda qarşılandı. Axırda başını götürüb getdi. Düşündü ki, əziyyətimi qiymətləndirmədilər".

Milli.Az


Etiketlər:  Tərifləyirdilər yerə düşəndən sonra başladılar pisləməyə


RƏYLƏR