Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 10:46
Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.
Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib.
Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb.
Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib.
Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar. Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub.