Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 11:21
“Qualcomm” şirkəti “Wi-Fi 7” simsiz rabitə standartı (802.11be) ilə bağlı texnologiyalar hazırlayır. Şirkət rəhbərliyinin sözlərinə görə, yeni standart əsasında hazır məhsullar yaxın illərdə təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Qualcomm”un baş vitse-prezidenti Rahul Patelin sözlərinə görə, şirkət “Wi-Fi 6” texnologiyaları əsasında smartfon, kompüter, marşrutlayıcı və digər avadanlıqlar üçün həllərin buraxılışında böyük təcrübəyə malikdir, yeni “Wi-Fi 6E” standartı əsasında məhsullar isə ötən ilin ikinci yarısından buraxılır.
Şirkət nümayəndəsi bildirib ki, yeni “Wi-Fi 7” texnologiyası radiotezlik spektrlərini kombinə edərək “Wi-Fi 6” ilə müqayisədə iki dəfə çox məlumat ötürmə sürətini təmin edəcək. Yeni “Wi-Fi” texnologiyasının yaxın iki ildə tətbiqi planlaşdırılır. “Qualcomm” təmsilçisinin sözlərinə görə, şirkət əvvəlki standartlı simsiz prosessorlardan istifadə edən qurğularla keyfiyyətli əks-uyğunluğu təmin edəcək.
Qeyd edək ki, “Wi-Fi 7” standartının mənimsənilməsi üzrə işləmələri digər istehsalçılar da hazırlayır.
Nizam Nuriyev