Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 14:18
Yeni tədris ilindən "Zəfər tarixi" adlı dərs keçiriləcək. Bunun üçün eyni adlı dərsliyin layihəsi də artıq hazırdır və ekspertlərə təqdim edilib. Bütün məktəblərdə 9-cu sinif şagirdləri dərsdən kənar məşğələ saatlarında bu dərsliklə tanış olacaqlar.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, yeni tədris ilindən 44 günlük Vətən müharibəsindən və qələbəmizdən bəhs edən "Zəfər tarixi" kursu tədris olunacaq. Artıq bununla bağlı müəyyən addımlar atılıb və eyni adlı dərslik layihəsi hazırlanıb.
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, bu dərsi tarix müəllimləri tədris edəcəklər. Qurum rəsmisinin sözlərinə görə, burada məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.
Vəfa Yaqublu bildirib ki, dərslik hazırlanıb və ekspertlərin müzakirəsinə verilib. Ekpertlərin müvafiq düzəliş və təklifləri müəlliflər qrupuna təqdim olunacaq. Əgər lazım olsa, dərsliyə düzəliş və əlavələr ediləcək.
Təhsil Nazirliyinin şöbə müdiri qeyd edib ki, "Zəfər tarixi" kursu Qarabağ tarixinə həsr olunmuş bir dərslik olduğundan burada tədris olunan mövzulardan həm buraxılış, həm də qəbul imtahanlarına da düşə bilər.