Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rauf Dadaşov “Space”ə gətirilir - İşçilər məzuniyyətə göndərilir

Rauf Dadaşov “Space”ə gətirilir -  İşçilər məzuniyyətə göndərilir

Tarix: 4 Iyun 2021 11:56

"Space" teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Həmətov televiziyada ciddi dəyişiklər etməyə başlayıb.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib. Belə ki, 15 ildir "Space" TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.

Kanaldan aldığımız məlumata əsasən, R. Dadaşov ya icraçı direktor, ya da proqramlar şöbəsinə rəhbər gətiriləcək. 

Artıq o, bir neçə dəfə "Space"ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.  

Eyni zamanda, iyunun 15-dən etibarən işçilərin əksəriyyətinin öz hesabına məzuniyyətə yola salınacağı deyilir. Bununla da, ənənəvi proqramların yayımı dayandırılacaq. İki aylıq fasilədən sonra televiziya yeni formatda, yeni işçilərlə yayıma başlayacaq. 

Milli.Az


Etiketlər:  Rauf Dadaşov Spaceə gətirilir İşçilər məzuniyyətə göndərilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ