Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 14:08
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov idmançı karyerasını futbolçu kimi davam etdirəcək.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, məşhur döyüşçü Rusiyanın peşəkar statuslu 3-cü divizionunda mübarizə aparan komandanın uğurları üçün tər tökəcək. Bu barədə "Legion Dinamo"nun (Mahaçqala) prezidenti Şamil Lahiyalov "instaqram" hesabında yazıb: "Həbib Nurməhəmmədovun "instaqram"dakı sonuncu elanından sonra klubun təcili iclasında qərara alınmışdır;
1. 2021-22 mövsümü üçün tapşırıq və hədəflər
2. Həbib Abdulmanap oğlu Nurməhəmmədovla müqavilə bağlamaq, yəni məbləği yazıb, imza atmaq.
Növbəti addım sənindir, Həbib".
Qeyd edək ki, Nurməhəmmədov futbolu hədsiz sevir və xeyli sayda ulduz futbolçularla yoldaşlıq edir.