Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 17:20
Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsinin Yanğınsöndürmə Xidmətininq Toros Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Təlim Mərkəzində üç qadının fotolar çəkərək sosial şəbəkələrdə paylaşması böyük qalmaqal yaradıb.
Qadınlardan biri yanğınsöndürən avtomobili idarə edib, iki qadın isə maşının arxasından tutaraq "yola çıxıblar".
Sonxeber.net İnternethaber-ə istinadən bildirir ki, "Yanğını söndürməyə gəldik. Ehtiraslı fotolar" yazısı ilə müşayiət olunan fotolar sosial şəbəkələrdə yayılandan sonrra Təlim Mərkəzinin 4 əməkdaşı işdən kənarlaşdırılıb.
Fotoları paylaşan qadınlar sosial şəbəkələrdəki profillərini qapadıblar.