Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 22:36
İnsanlar ən çox bel, kürək ağrılarına fikir vermir, ciddi yanaşmır və həkimə getmirlər. Bu səbəbdən Amerikanın Sümük-əzələ xəstəlikləri İnstitutu bel ağrılarının hansı hallarda daha təhlükəli ola biləcəyini açıqlayıb.
Sonxeber.net həmin siyahını təqdim edir:
-18 yaşına kimi uşaq və yeniyetmələrin 3 gündən çox davam edən bel ağrısı
-Gecəyarı insanı yuxudan oyanmağa məcbur edən ağrılar
-Eyni tipli gedib-gələn ağrı
-Çəki azalması ilə müşayiət olunan ağrı
-Hərarətin yüksəlməsi ilə yanaşı bel, kürək ağrısı
-Bel ağrısı ilə yanaşı qarında olan ağrılar
-Bel ağrısı ilə yanaşı sidiyə getmədə çətinlik, azalma
-Bel ağrısı ilə yanaşı əllərin uyuşması, iynə batırılması kimi hissiyyat və baş gicəllənmə olarsa
-2 həftədən artıq davam edən, ağrıkəsici və mazlarla azalmayan ağrılar.
Sizdə də bu simptomlar varsa, dərhal həkimə müraciət etməlisiniz. /medicina.az