Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boks üzrə yığmamız Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

Boks üzrə yığmamız Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

Tarix: 6 Iyun 2021 22:38

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Məhəmməd Abdullayev bu uğura imza atıb.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Boks üzrə yığmamız Tokio 2020 5 ci lisenziyanı qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ