Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 12:00
Ölkəmizdə seysmik stansiyaların sayı artırılır. Bu məqsədlə 22 yeni cihaz alınıb. Cihazlar müxtəlif məntəqələrdə quraşdırılacaq. Yeni cihazlar vasitəsi ilə seysmik ərazilərin öyrənilməsi imkanları genişlənəcək. Yeni şəbəkə sisteminin yaradılması işləri 2022-ci ildə tam yekunlaşacaq.
Yeraltı təkanları qeydə almaq üçün ölkəmizə 22 yeni cihaz gətirilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.Onun sözlərinə görə yeni cihazların quraşdırılacağı yerlər artrıq müəyyənləşdirilib.
Qurban Yetirmişli vurğulayıb ki, seysmik şəbəkənin genişləndirilməsi və yeni cihazların quraşdırılması sayəsində yerin altında baş verən ən xırda tektonik prosesləri izləmək mümkün olacaq.
Qurban Yetirmişli qeyd edib ki, cihazlar yeni yaradılacaq şəbəkə sisteminə qoşulacaq. Bununla da fəaliyyət göstərən seysmik stansiyların sayı 84-də çatdırılacaq.