Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 18:45
"Çox qəribə bir zamanda yaşayırıq. Çoxu xeyirxahlığı (əgər belə demək olarsa) yalnız göstəriş üçün edir. Üzə tərif, arxada qeybət edirlər".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi sözlərinə belə davam edib:
"Söz verib etməmək dəb halını alıb. Artıq bəh-bəhlə, təm-təraqla toy edib, 1 il sonra boşanmaq da normal hal alıb. Sevgi, vicdan, insaf, mərdlik dəbdən düşüb. Düşük, yalançı, yaltaq insanların vaxtıdır indi. Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir".