Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beynəlxalq Ordu Oyunları”nda İrana məxsus tank tüstülənib

“Beynəlxalq Ordu Oyunları”nda İrana məxsus tank tüstülənib

Tarix: 5 Avqust 2019 16:20

Bakı. Trend:

Rusiyanın Moskva vilayətində davam edən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında İrana məxsus tank tüstülənib.

Trend-in məlumatına görə, hərəkət zamanı iranlı heyət üzvləri mühərrikin sərinləndirmə sisteminin jalüzünü açmadığı üçün mühərrik qızıb və tüstülənmə başlayıb.

Təminat xidmətinin çevik reaksiyası nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Azərbaycan hərbçilərinin də qatıldığı “Beynəlxalq Ordu Oyunları-2019” yarışları avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Beynəlxalq Ordu Oyunlarında İrana məxsus tank tüstülənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ