Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei” şirkəti 135 vatt gücündə enerjidoldurma adapteri buraxıb

“Huawei” şirkəti 135 vatt gücündə enerjidoldurma adapteri buraxıb

Tarix: 8 Iyun 2021 12:45

“Huawei” şirkəti noutbuklar üçün 135 vatt gücündə yeni enerjidoldurma qurğusu buraxıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, yeni qurğu “USB Type-C” portu ilə təchiz edilib. Noutbuklar üçün nəzərdə tutulmasına baxmayaraq onun vasitəsilə şirkətin smartfonlarını da enerji ilə doldurmaq mümkündür. Maraqlıdır ki, hazırkı “Huawei” smartfonları maksimum 44 və ya 66 vatt gücündə sürətli enerjidoldurma imkanını dəstəkləyir. İstehsalçının sürətli enerjidoldurma imkanına malik yeni smartfonlar hazırlaması ehtimal edilir.

 

Adapter “Huawei SuperCharge” ekosisteminin tərkib hissəsidir. Bu, yan tərəfdə yerləşən loqotipdə göstərilib. Qurğu, həmçinin “PD”, “DCP”, “QC2.0”, “QC4”, “FCP” və “SCP” daxil olmaqla bir neçə protokolu dəstəkləyir.

 

Yeni adapterin qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev




Etiketlər:  Huawei şirkəti vatt gücündə enerjidoldurma adapteri buraxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ