Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 22:52
İkinci nəsil "Fenyun-4В" meteoroloji peykini daşıyan Çinin "Çançjen-3В" ("Böyük yürüş - 3B") daşıyıcı raketi orbitə buraxılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, buraxılış Çin vaxtı ilə iyunun 3-ü saat 00:17-də (Bakı vaxtı ilə iyunun 2-si saat 20:17-də) Siçuan əyalətinin (Cənub-Qərbi Çin) Siçan kosmodromunda həyata keçirilib.
Kosmik aparat hava proqnozu və ekoloji monitorinq üzrə imkanların yaxşılaşdırılması məqsədilə Çinin analoji orbital peyklər qrupuna qoşulacaq. Peyk 7 il ərzində 36 min km hündürlükdə geostasionar orbitdə fəaliyyət göstərəcək.