Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 23:20
"Apple" şirkəti bir sıra "iPad" planşetlərini "OLED" ekranlarına keçirəcək. Yeni qurğuların buraxılışı 2022-ci ilə planlaşdırılır. Bu barədə "ETNews" nəşri məlumat yayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, üzvi işıq diodları əsasında keyfiyyətli displeylər ilə kiçik modellər təchiz ediləcək. Bu "iPad" modelləri maye kristallar əsasında texnologiyadan istifadə etməyən ilk "Apple" planşetləri olacaq.
Ötən ay şirkət "Liquid Retina XDR" ekranlı 12,9 düym diaqonallı "iPad Pro" planşetlərini təqdim edib. Əsas innovasiya "mini-LED" işqıqlandırma sistemi olub: hər ekranda ümumilikdə 10 minə yaxın kiçik işıq diodu istifadə olunub. Bu, görüntünün müxtəlif hissələrinin parlaqlığına daha dəqiq nəzarət etməyə imkan verərək kontrastlığı və ümumi parlaqlığı artıracaq.
Yeni "iPad" planşetləri üçün "OLED" ekranların tədarükçüləri qismində "Samsung" və "LG" şirkətlərinin çıxış edəcəyi gözlənilir. KİV-in məlumatına görə, hazırda şirkətlər gələcək "iPhone 13" smartfonu üçün üzvi panellər üzərində çalışırlar.
"Apple" şirkəti "OLED" displeylərdən qabaqcıl "iPhone" modellərində və "Apple Watch" "ağıllı" saatlarında olmaqla iki məhsulda istifadə edir.