Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 13:14
Azərbaycana daha 40 min doza "Sputnik V" vaksini gətirilib.
Bu barədə Sonxeber.net-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Məlumata əsasən, Azərbaycanda "Sputnik V" vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza "Sputnik V" peyvəndi ölkəyə gətirilib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın "HUMAN VACCINE" MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza "Sputnik V" dərman vasitəsi Azərbaycana gətiriləcək. İlk partiya 40 min doza vaksin isə mayın 2-də Azərbaycana gətirilmişdi.