Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 10:50
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik davam edir. Belə ki, seçkiöncəsi təşviqat kampaniyalarında siyasi qüvvələr bir-birini ifşa edir, opponentlər hətta təhqirlər yağdıraraq ailə məsələlərini belə gündəmə daşıyırlar.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, ölkənin ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan çıxışı zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı aşağılayıb.
"Hətta ailəsi də Nikol Paşinyanla normal münasibət qura bilmir", - deyə Ter-Petrosyan bildirib.