Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 12:26
"Tarix bizə öyrədir ki, Rusiyanın əksər hallarda qorumağı boynuna götürdüyü insanlara kömək etməyi, "qoruduğu" insanlar üçün çox baha başa gəlir. Xüsusilə də bunun içində bir növ "ideoloji" motiv varsa".
Bunu Sonxeber.net-a açıqlamasında Ukrayna Prezidentləri yanında Milli Dövlət İdarəçilik Akademiyasının mütəxəssisi, siyasi ekspert Vladimir Martinyuk deyib.
O bildirib ki, Qarabağdakı ermənilərə rus sülhməramlıları tərəfindən ifrat pərəstiş var:
"Birinci Dünya müharibəsi zamanı ermənilər də Rusiyanın "dostluğundan" əziyyət çəkdilər - ruslar onları Türkiyəyə qarşı silahlı qiyam etməyə inandırdılar və vəd etdikləri kimi dəstəkləmədilər. O zaman onlar üçün necə bitdi - hamı bilir. Ruslar üçün bu cür "kömək" həmişə "hədəf" deyil - bir müddətlikdir. Problemləri həll etmirlər, əksinə onları yaradırlar və sonra öz xeyirlərinə istifadə edirlər.
Rusiya sülhməramlı kontingentinin 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq 5 il sonra Qarabağdan çıxıb getməsi Azərbaycanın və Türkiyənin Rusiyanın oradakı daha çox iştirakına münasibət bildirməsinə nə qədər mane ola biləcəyindən asılıdır. Məsələn, orada yaşayan erməni azlığına münasibətdə rus sülhməramlıları tərəfindən ifrat pərəstiş var. Rusiya şübhəsiz ki, günahı Azərbaycana və ya Türkiyəyə yükləməklə bu qədər ifratçılıqları təhrik etməyə çalışacaq".
Təhməz Əsədov