Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİQQƏT! - Konservləri hansı hallarda istifadə etmək olar? - Xərçəng və...

DİQQƏT! - Konservləri hansı hallarda istifadə etmək olar? - Xərçəng və...

Tarix: 13 Iyun 2021 16:00

"Konservləşdirmə qədimdən mövcuddur və sənayeləşmə artdıqca konserv məhsullarından istifadə də artır. Bu günlərdə demək olar ki, bütün növ məhsulların konservləşdirilmiş formasına rast gəlmək mümkündür."

Milli.Az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında həkim-terapevt Elfanə Süleymanova bildirib.

"Ət və balıq konservlərində diqqət etməli olduğumuz məqam hansılardır? Məsələn, onların tərkibinə dadlandırıcılar, emulqatorlar, nitrat kimi konservantlar qatılır. Bunlar isə insan orqanizmi üçün çox ziyanlı maddələrdir. Sadaladığımız bu maddələr qaraciyərin toksiki yüklənməsinə, mədəaltı vəz və öd yollarında fermentlərin həddən artıq ifrazına, bağırsaq mikroflorasının dəyişməsinə səbəb olur. Hətta bunlar əzələ və sümük toxumasında toplanaraq əlavə fəsadlar yarada bilir. Balıq məhsullarından hazırlanan konservlərdə ağır metal yüklənmələri çox olur. Bu səbəbdən də hesab edirəm ki, sözügedən qidalar azyaşlı uşaqlara və hamilə qadınlara qadağan olunmalıdır."

Elfanə Süleymanova qeyd edir ki, konservləşdirilmiş qidaların metallik qablarda saxlanması onların ağır metallarla yüklənmə faizini artırır. Bu isə dəri və saçda problemlərə səbəb ola bilər: 

"Konservləri istifadə edərkən üzərində yazılan qida dadlandırıcılarına diqqət yetirin. Bu təhlükəli dadlandırıcılar onkoloji xəstəliyin yaranmasına səbəb ola bilər.

Tərəvəz və digər qidaların konservləşdirilməsində diqqət yetirməli olduğumuz məqamlar bunlardır: nə vaxt qablaşdırılıb və saxlanma müddəti nə qədərdir? Unutmayaq ki, qida uzun müddət boyunca saxlanılırsa öz dəyərlərini itirir.

Həkim deyir ki, son zamanlar hazırlanan konservləşdirilmiş qidalarda bakterial yüklənmənin daha azdır. Hansı ki, keçmişdə bu cür yükləmələr daha çox müşahidə edilib. Bəs problem tamamilə həll edilibmi? Təəssüf ki, xeyir. Elfanə xanımın sözlərinə görə, konserv məhsullarında botulin çöpləri kimi anaerob infeksiyalarına da rast gəlinir: 

"Ümumiyyətlə, hər qida mövsümündə yeyilsə yaxşıdır. Lakin əgər hər hansı tərəvəz və ya meyvəni uzun müddət saxlamaq istəsənizsə bunun da ən təhlükəsiz variantından istifadə etməlisiniz. Məsələn, buzlaşdırılma üsulu qida dəyərlərini daha uzun zaman qoruya bilir. Amma unutmayaq ki, bir dəfə buzu açılmış qidanın təkrar buzlaşdırılması bakterial cəhətdən  olduqca təhlükəlidir. Bu qidanın toksikoinfeksiyasına səbəb ola bilər. Konservlərdən istifadə zərurəti yaranarsa şüşə qabda olan konservlərə üstünlük verməyiniz məsləhətdir."

Həkim - dietoloq Vüsalə Tağıyeva qidalanma zamanı təbii məhsulların seçməyi məsləhət görür: 

"Günümüzdə konservləşdirilmiş məhsullardan istifadə edənlər çoxdur. Təbii qidalar kimi konserv qidalarında da əhəmiyyəti var. Uzun müddət və davamlı istifadə etdikdə isə orqanizm üçün bəzi mənfi təsirləri ola bilər."

Dietoloq qeyd edir ki, artıq çəkidən azad olmaq istəyənlər daha çox konservləşdirilmiş ton balığından istifadə edirlər:

"Bu balığın tərkibində civənin miqdarı yüksək ola bilər. Nəticədə balıqda olan elementlər öz faydasını itirir. Digər tərəfdən isə qidanı uzun müddət saxlamaq üçün tərkibinə mütləq kimyəvi qatqılar əlavə edilir. Bu isə orqanizmə mənfi təsir göstərir. Yağda hazırlanan konservlər daha kalorilidir. Məsələn, yağda olan ton balığından deyil, suda olan növündən istifadə etmək daha doğrudur."

Həkim-dietoloq qeyd edir ki, bu tip məhsullarda şəkər və duzun miqdarı yüksək olur:

"Ona görə konservləşmiş qida seçərkən mütləq üzərində qeyd edilən maddələrin siyahısına və istifadə qaydasına diqqət etmək lazımdır. Çünki uzun müddət kimyəvi maddələrin təsirində qalan bu cür qidalar orqanizmdə üək-damar xəstəliklərinə, hormonal pozğunluğa, diabet və piylənmə kimi problemlərə səbəb ola bilər. Konservi məhsulları kalorilidir və istifadə edərkən miqdarına diqqət etmək lazımdır."

Milli.Az


Etiketlər:  DİQQƏT Konservləri hansı hallarda istifadə etmək olar Xərçəng


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ