Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya Azərbaycanın humanist addımını alqışlayır

İtaliya Azərbaycanın humanist addımını alqışlayır

Tarix: 14 Iyun 2021 11:57

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayır.

Sonxeber.net bu barədə nazirliyə istinadən məlumat verir.

Qeyd olunub ki, İtaliya XİN Avropa İttifaqının, o cümlədən İtaliyanın maraqları baxımından strateji region hesab olunan Cənubi Qafqazda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə ümid edir:

"İtaliya Aİ və ATƏT-in dəstəyi ilə Bakı və Yerevan arasında sabitlik və regional artım yönəlmiş dialoqun möhkəmlənməsini dəstəkləyir. Biz iki ölkə arasında vəziyyətin inkişafını, qarşılıqlı etimadın möhkəmlənməsini diqqətdə saxlayacağıq".

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda 97 min tank və piyada əleyhinə minanın qeyd olunduğu xəritə müqabilində 15 ermənini Ermənistana təhvil verib.


Etiketlər:  İtaliya Azərbaycanın humanist addımını alqışlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ