Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 20:38
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə, Binəqədi, Sulutəpə və Xocəsən qəsəbələri üzrə ümumi olaraq 15,4 km küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə rayonun təmir-tikinti işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 km təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Proqrama uyğun olaraq rayonun Xocəsən qəsəbəsi üzrə də 4,5 km uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burda nəzərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşdırılıb.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Binəqədi qəsəbəsi üzrə 5,3 km, Sulutəpə qəsəbəsi üzrə isə 2,6 km küçə və yolun təmiri işləri icra olunacaq.