Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayden və Putin oturub jurnalistlərin salona necə daxil olmasını seyr edirdilər" - VİDEO

Tarix: 16 Iyun 2021 21:16

ABŞ və Rusiya Prezidentləri Vladimir Putinlə Co Baydenin görüşünün keçirildiyi salonun girişində amerikalı jurnalistlər izdiham yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə rusiyalı jurnalist Pavel Zarubin "RİA Novosti"yə açıqlamasında bildirib.

"Yalnız Prezidentlərin oturduğunu gördüm, jurnalistlər ora girməyə çalışırdılar və bir müddət bütün baş verənlər ona çevrildi ki, Prezidentlər oturub jurnalistlərin salona necə daxil olmasını seyr edirdilər. Əlbəttə ki, səmimi olaraq belə bir xaosun ABŞ jurnalistləri və ABŞ tərəfindən törədildiyini söyləməliyik. Hər zaman daha çox operator və jurnalist gətirməyə çalışdılar, hamısı bu nəticəyə gətirib çıxardı",- deyə Zarubin qeyd edib.

Milli.Az


Etiketlər:  Bayden Putin oturub jurnalistlərin salona necə daxil olmasını seyr edirdilər VİDEO


RƏYLƏR