Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 13:30
Pandemiya səbəbindən bir il yarımdır ki, müəyyən məhdudiyyətlərlə işləyən restoranlarda qiymətlər əvvəlki vaxtla müqayisədə indi nəzərəçarpacaq dərəcədə bahalaşıb. Salatlar, kabablar daha əvvəlki qiymətlərə satılmır. Restoran sahibləri qiymət artımını müəyyən səbəblərlə izah edirlər. Baxaq həmin səbəblər nələrdir?
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, keçirdiyimiz sorğudan aydın olur ki, restoranlarda yeməklərin qiymətlərində artım var. Xüsusilə şəhərdəki restoranlarda kababların və salat növlərinin qiymətləri bahalaşıb. Restoran sahibi Mahir Zeynalov da etiraf edir ki, bu yeməklərin qiymətləri 10-15 faiz arasında artıb.
Kabab və salatlarla yanaşı qazan yeməklərinin qiymətləri də dəyişib.
Restoran işlədənlər deyir ki, qiymət artımının bir sıra səbəbləri var. Bu obyektlərin uzun müddət işləməməsi də həmin səbəblər arasındadır.
Bakıətrafı dəniz kənarında yerləşən restoranların da qiymətləri ilə maraqlandıq. Burada obyekt işlədənlərin bəziləri bildirirlər ki, çimərlik mövsümü açıldığından gələnlərin sayı çox olsa da, hələki heç bir qiymət artımı etməyiblər.
O da bildirildi ki, yaxın vaxtlarda bəzi yeməklərin qiymətlərinin artması qaçılmazdır.