Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada narkotik alverçisi saxlanılıb - FOTO

Zaqatalada narkotik alverçisi saxlanılıb -  FOTO

Tarix: 17 Iyun 2021 16:48

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon ərazisində hərəkət edən "VAZ-2115" markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Avtomobilin hərəkəti dayandırılıb və şəxsi axtarış zamanı A.Muhumayevin üzərində daşıdığı sintetik kisədən 6 kiloqram narkotik vasitə - qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


Etiketlər:  Zaqatalada narkotik alverçisi saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ