Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 19:25
Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla toy etməyə hazırlaşır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "10-da görüşək" proqramında deyib. O bildirib ki, toy üçün iki gəlinlik hazırlayıb.
Sənətçi gəlinliklərindən birini türkiyəli modelyer Muammer Kətançının hazırladığını söyləyib. Muammer paltarı 2 aya hazırlayıb.
Qeyd edək ki, Sevda və Zakir ötən il nikah masasına oturub. Cütlük pandemiyaya görə toyunu bir neçə dəfə təxirə salıb.