Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kabildə güclü partlayış olub, ölənlər və yaralananlar var

Kabildə güclü partlayış olub, ölənlər və yaralananlar var

Tarix: 6 Avqust 2019 23:16

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Trend-in "TOLOnews" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, partlayıcı qurğu velosipedə bərkidilib və şəhərin küçələrindən birində Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə İdarəsinə məxsus avtomobilin keçdiyi zaman işə salınıb.

Regionda fəaliyyət göstərən heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.


Etiketlər:  Kabildə güclü partlayış olub ölənlər yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ