Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 20:10
Amerikalı yazıçı Haydi Ferrer koronavirusla uzun müddət mübarizə apardıqdan sonra intihar edib.
Sonxeber.net lent.az-a istinadla bildirir ki, bu barədə Ferrerin həyat yoldaşı, kinematoqraf Nika Quta istinadla məlumat yayılıb.
50 yaşlı Ferrer Los-Ancelesdə intihar edib. Onun 13 yaşlı oğlu Brekson qalıb.
Yazıçı COVID-19-a 2020-ci ilin aprel ayında yoluxub, bundan sonra sağlamlıq vəziyyəti davamlı olaraq pisləşib. 2021-ci ilin may ayına qədər yataq xəstəsi olub və davamlı fiziki ağrılardan əziyyət çəkib.
Qadın ağır nevroloji titrəmədən və xəstəliyin bir çox digər ağır əlamətlərindən əziyyət çəkirdi.
Ferrer 1970-ci il mayın 28-də Kanzas ştatının Salina şəhərində anadan olub. O, əvvəlcə aktrisa olmaq istəyib, bunun üçün 80-ci illərin axırlarında Los-Ancelesə gələrək Amerika dramatik incəsənət akademiyasında oxuyub.
Lakin bir neçə il sonra televiziya şouları üçün ssenari yazmağa başlayıb.