Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmağın qeyri-adi yolu

Koronavirusdan qorunmağın qeyri-adi yolu

Tarix: 18 Iyun 2021 23:12

Soyuqdəymə COVID-19-dan qoruya bilər.

Sonxeber.net xəbər verir ki, Yale Universitetinin alimləri bu nəticəyə gəlib. Onların sözlərinə görə, mexanizm sadədir: yüngül xəstəlik immun sistemini aktivləşdirə bilər.

Mütəxəssislər laboratoriyada tənəffüs yollarının toxumasını böyüdüblər. Sonra soyuqdəyməyə səbəb olan rinovirusu, bundan sonra koronavirusu yoluxdurublar. Rinovirusla təmasdan sonra SARS-CoV-2-nin yayılmasını dayandıran immunitet güclənib.

Araşdırma göstərib ki, ümumi soyuqdəymə virusları COVID-19-un müalicəsi üçün potensial başlanğıc nöqtəsi ola bilər. Bu yanaşma virusların qarşılıqlı əlaqəsinə yeni baxış ortaya qoyur. (publika.az)


Etiketlər:  Koronavirusdan qorunmağın qeyri yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ