Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya millisindən unikal göstərici

Almaniya millisindən unikal göstərici

Tarix: 20 Iyun 2021 17:48

Almaniya millisi Avropanın böyük turnirlərdə 300 qol həddini aşan ilk yığması adını qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda buna ötən gün Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçda nail olub. Milli rəqibini 4 dəfə məyus etməklə dünya və Avropa miqyaslı yarışlarda vurduğu qolların sayını 302-ə yüksəldib. Bununla da Almaniya millisi Avropanın böyük turnirlərdə 300 qol hədddini aşan ilk komandası adını qazanıb.

Qeyd edək ki, Almaniya növbəti oyununu iyunun 23-də Macarıstana qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Almaniya millisindən unikal göstərici


RƏYLƏR