Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O qədər yalan danışmışam, qeybət etmişəm, haram yemişəm ki...” - Ağamirzə

“O qədər yalan danışmışam, qeybət etmişəm, haram yemişəm ki...” - Ağamirzə

Tarix: 22 Iyun 2021 12:50

Meyxanaçı Ağamirzə Məmmədov Baku TV-yə bir sıra açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, müsahibəsində bunları söyləyib:

"Məclisə 5 minə, 300 manata, yaxud da pulsuz getdiyim vaxtlar olub. Bəzən isə gedib pul saymışam, sonra qayıdıb gəlmişəm. Baxırsan, səninlə eyni gücdə meyxana deyir, amma daha çox pul alır və daha hörmətli olur. Amma bir istəkan çay içirsən, onun pulunu verməmək üçün yalandan telfonla danışır.

Qazdırdığım qəbir mənim üçün dərsdir. Özüm-özümə deyirəm, çaşma, yekəxanalıq etmə bir gün əzizlərin səni burda qoyub çıxıb gedəcəklər. Rəbbinlə üzbəüz qalacaqsan. Biri dedi ki, düşər-düşməzi var. Nə olacaq? Onsuz da gedəcəksən. Gözlərim dolur danışa bilmirəm. Bir arzum odur ki, Allah günahlarımı bağışlasın. O qədər yalan danışmışam, qeybət etmişəm, haram yemişəm ki..."

Milli.Az


Etiketlər:  O qədər yalan danışmışam qeybət etmişəm haram yemişəm ki Ağamirzə


RƏYLƏR