Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 13:20
Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Bney Yehuda" Bakıya yola düşüb.
Qol.az İsrail mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi bu gün səhər çarter reysi ilə səfərə çıxıb.
Komandanın ölkəmizə tam heyətlə gəlmədiyi bildirilir. Komandanın kapitanı İtzik Azuz, Amit Zenati və Eytan Velblum zədə səbəbindən Bakıdakı görüşü buraxacaq.
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Bney Yehuda" oyunu saat 21:00-da başlayacaq.