Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 23:18
Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində "Katamaran" istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb.
Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 16 yaşlı yeniyetmə iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan "Bizimləsən" verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş.