Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı Ankara ilə qaçqınlar haqqında sazişin müddətini uzadacaqmı?

Avropa İttifaqı Ankara ilə qaçqınlar haqqında sazişin müddətini uzadacaqmı?

Tarix: 23 Iyun 2021 23:22

İtaliya və Almaniya Avropa İttifaqının qaçqınlar haqqında Türkiyə ilə sazişin müddətinin uzadılmasına nail olmaq niyyətlərini bildiriblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Aİ-nin iyunun 24-25-də keçiriləcək sammitində gündəlikdə duran digər məsələlərlə yanaşı, Türkiyə ilə qüvvədə olan sazişin müddətinin uzadılması mövzusu da müzakirə ediləcək.

AFR kansleri Merkel İtaliya hökumətinin başçısı Mario Draqi ilə dünənki görüşündən sonra deyib: "Biz hər şeyin bundan sonra necə olacağına perspektivlər açmalıyıq. Ankaranın bizim dəstəyimizdən bundan sonra da istifadə etməyə tam hüququ çatır".

M.Draqi Merkel ilə həmrəy olduğunu bildirib. "Hər ikimiz bu fikirdəyik ki, Türkiyə ilə əməkdaşlıq olmadan biz irəliyə gedə bilmərik", - deyə Almaniya kansleri əlavə edib.

Məlumdur ki, hazırda Türkiyədə 3 milyondan çox suriyalı qaçqın yaşayır. Bir neçə il bundan əvvəl Avropa İttifaqı Ankara ilə Türkiyədən Aİ ölkələrinə qaçqın axınının dayandırılması qarşılığında bu ölkəyə maliyyə dəstəyi barədə saziş bağlayıb.


Etiketlər:  Avropa İttifaqı Ankara ilə qaçqınlar haqqında sazişin müddətini uzadacaqmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ