Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 08:26
Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.