Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 15:42
Fransalı kosmonavt Toma Peske Avro-2020-nin F qrupunda keçirilən Portuqaliya - Fransa matçını Beynəlxalq Kosmik Stansiyadan canlı izləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə o, öz "Tvitter" hesabında yazıb: "Fransa - Portuqaliya matçına baxıram. Avro-2020-də qrupumuz elə də asan deyil. Lakin bu, matçlara yalnız maraq qatır".
Xatırladaq ki, sözügedən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.