Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə balıqlar kütləvi şəkildə tələf olub - Səbəb nədir? - VİDEO

Xəzərdə balıqlar kütləvi şəkildə tələf olub - Səbəb nədir? - VİDEO

Tarix: 26 Iyun 2021 18:42

Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olub. Belə bir hal Hövsan qəsəbəsi, Qum adası deyilən ərazidə qeydə alınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qum adasında sahilboyu balıqların kütləvi şəkildə tələf olduğu aşkarlanıb.   

Məsələyə münasibət bildirən AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanovun sözlərinə görə, balıqların bu cür kütləvi tələfinə səbəb son günlər havanın həddindən artıq isti keçməsidir. Suda oksigen azaldığından kütüm, siyənək, kilkə balıqları, xüsusən də kefallar kütləvi şəkildə məhv olub.

Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev deyib ki, sözügedən ərazidə ötən illərdə də bir neçə dəfə oxşar vəziyyət yaşanıb. Səbəb isə hava şəraitinin isti keçməsi və suda oksigen azaldığıdır.

Qeyd edək ki, əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri baxış keçirib. Nazirliyin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru Mehman Axundovun sözlərinə görə, balıqların hər hansı bir kimyəvi maddədən məhv olması fikri tamamilə yanlışdır.

Mehman Axundov deyib ki, eyni mənzərə Şıxov, Bakı bulvarı ərazisində də müşahidə oluna bilər. Çünki həmin ərazilərdə də intensiv dəniz axınları yoxdur və su dayazdır.

Bildirək ki, iyulun ortalarından etibarən kefal balıqlarının kürütökmə dövrü tamamlanır. Əgər havanın temperaturu nisbətən aşağı düşərsə tələfat prosesi də dayanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Xəzərdə balıqlar kütləvi şəkildə tələf olub Səbəb nədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ