Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depressiyanın mədə-bağırsağa təsiri

Depressiyanın mədə-bağırsağa təsiri

Tarix: 26 Iyun 2021 23:03

Mütəxəssislər depressiyanın insanlarda fiziki xəstəliklərə səbəb olduğunu söyləyirlər. Psixoloji xəstəliklər orqanizmdə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Onların araşdırmaları gənc nəslin nümayəndələrinin əksəriyyətində depressiv vəziyyətlərin olmasını nəzərə alaraq bunun vaxtında müalicə edilərək aradan qalxmağını tələb edir. Çünki depressiya səbəbli orqanizmdə əmələ gələn xəstəliklər insanın orqanizmini daha da çıxılmaz vəziyyətlərə qoya bilir.
Depressiya orqanizmdə aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur:
- artrit
- həzm sistemi xəstəlikləri
- dəri xəstəlikləri.
İsveçrənin Bazelya Universitetinin psixoloqları uşaqlarda və gənclərdə depressiyanın ən çox mədə-bağırsaq xəstəliklərinə səbəb olduğunu deyirlər. Bu nəticəyə psixoloqlar 13-18 yaşlarında olan 6 500 yeniyetmə arasında aparılan araşdırmaların nəticələrinə əsaslanaraq gəlmişlər.
Emosional gərginlik, əsasən də depressiya dəri xəstəlikləri və artritin də əmələ gəlməsinə səbəb olur. Mütəxəssislər akne və seboreyanın depressiya səbəbli əmələ gəldiyini söyləyir və gənclərin sinir sisteminin valideyinləri tərəfindən nəzarət altında olmağını məsləhət bilir.
 


Etiketlər:  Depressiyanın mədə bağırsağa təsiri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ