Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən böyük dinozavr tapılıb

Ən böyük dinozavr tapılıb

Tarix: 27 Iyun 2021 20:52

Alimlər Avstraliyada yeni avstralotitan dinozavr növünü aşkar edib. Bu Avstraliyada indiyə qədər tapılan ən böyük dinozavrdır. Avstralotitanın sümükləri ilk dəfə 2007-ci ildə iki dinozavr tədqiqatçıları Robin və Stüart Makkenzi tərəfindən fermada aşkar edilmişdir.

Qalıqların öyrənilməsi, böyük ölçü və kövrək vəziyyət səbəbindən uzun müddət çəkdi. Alimlər tapılan qalıqları digər zavropod növlərlə müqayisə edib. Nəticədə tapılan növün tamamilə yeni bir növ olduğu təsbit edilib. Dinozavr planetimizdə demək olar ki, 100 milyon il əvvəl yaşayıb, hündürlüyü 6 metrə, uzunluğu isə 25-30 metrə çatır. Dinozavrın 23 ilə 74 ton arasında ola biləcəyi deyilir. Zavropodlar bir növ kərtənkələyə bənzər otyeyən dinozavrlardır. Kiçik başları, uzun boyun və quyruqları və nəhəng ayaqları olub.

Milli.Az


Etiketlər:  Ən böyük dinozavr tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ