Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb

Tarix: 28 Iyun 2021 19:20

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya "2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına" uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.


Etiketlər:  Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ