Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 19:25
Keçmiş futbolçu Devid Bekhemin oğlu Romeo Bekhem sevgilisi Mia Regan ilə birlikdə görüntülənib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda fotolarını paylaşaraq bir-birilərinə olan hislərini gizlətməyən cütlük "Wimbledon" turnirinin obyektivi qarşısına keçib. Onlar ilk dəfə birlikdə tədbirə qatılıblar.
Qeyd edək ki, Romeo və Mia 2019-cu ildən bəri birlikdədirlər. Mətbuatda haqqında az məlumatlar yer alan Mia Romeo ilə həmyaşıddır. O, Storm Management model agentliyi ilə əməkdaşlıq edir. Bir neçə il peşəkar tennislə məşğul olan Romeo Bekhem isə hazırda atasının yolunu davam edir.