Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ölüm qrupu” öldü - Löv getdi

“Ölüm qrupu” öldü - Löv getdi

Tarix: 29 Iyun 2021 23:40

AVRO-2020-nin "Ölüm qrupu" sayılan F qrupunun bütün komandaları mübarizəni dayandırıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Macarıstanı qrupda qoyan Fransa, Almaniya və Portuqaliya "üçlüy"ünün hamısı 1/8 finalda dayanıb.

Portuqaliya Belçikaya 0:1, Fransa İsveçrəyə 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında 4:5, Almaniya İngiltərəyə 0:2 hesabı ilə məğlub olub.

"Ölüm qrupu"nun son təmsilçisi Almaniya həm də Yoahim Lövün rəhbərliyi atlında son matçına çıxıb. Müqaviləsinin AVRO-2020-dən sonra başa çatması barədə razılıq əldə edən 61 yaşlı mütəxəssisi Hans-Diter Flik əvəzləyəcək.

Almaniya həm də AVRO-2016-nın sonuncu yarımfinalçısı olub. Qalib Portuqaliya, finalçı Fransa və digər yarımfinalçı Uels də mübarizəni 1/8 finalda dayandırıb.

Milli.Az


Etiketlər:  Ölüm qrupu öldü Löv getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ