Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bütün iPhone 13 modellərinin FOTOları

Bütün iPhone 13 modellərinin FOTOları

Tarix: 29 Iyun 2021 23:56

İnternetdə iPhone 13 smartfonlarının maketlərinin fotosu ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonlar arasındakı ölçü fərqini görmək olar. Bundan əlavə olaraq sözügedən foto vasitəsilə smartfonların mümkün dizaynlarını da qiymətləndirmək imkanı yaranır. Gözləntilərə əsasən Apple bu ilin payız fəslində 4 ədəd smartfon təqdim edəcək: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro iPhone 13 Pro Max. Ortaya çıxmış məlumata əsasən bu ilki iPhone modelləri bir qədər qalın olacaqlar.

iPhone 13 modellərinin ekran qoruyucularının əks olunduqları foto ortaya çıxıb

    Belə ki, smartfonların əsas kameraları bir qədər böyük ölçüdə olacaqlar və onların batareya həcmləri də yüksələcək. Buna baxmayaraq insayderləin sözlərinə əsasən smartfonların qalınlıqları o qədər də nəzərə çarpmayacaqlar. Bununla yanaşı daha bir məlumata əsasən Apple bu ilki iPhone modellərində təkmilləşdirilmiş stabilizasiya sistemindən və 6 linzalı obyektivlərdən istifadə edəcək. Bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo iPhone 13 seriyasının təqribi təqdimat tarixini bildirmişdi. Onun sözlərinə əsasən iPhone 13 seriyasının təqdimatı 14 sentyabr tarixində baş tutacaq.

Milli.Az


Etiketlər:  Bütün iPhone 13 modellərinin FOTOları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ