Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan pul qazanmaq istəyənlər BİLMƏLİDİRLƏR - Uğurlu layihə

Azərbaycandan pul qazanmaq istəyənlər BİLMƏLİDİRLƏR - Uğurlu layihə

Tarix: 2 Iyul 2021 17:04

"Ələt Azad İqtisadi Zonası Azərbaycanın samballı gəlir gətirəcək ən mühim qeyri-neft infrastrukturlarından biri olacaq. Çünki təməlqoyma mərasimində verilən məlumatlar, Prezident İlham Əliyevin bu azad iqtisadi zonanın gələcək fəaliyyəti və verəcəyi faydalarla bağlı dediyi fikirlər xeyli müzakirələrə yol açıb, böyük bir perespektivdən və gələcəkdən xəbər verir".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Ələt Azad İqtisadi Zonası xarici investorların strategiyalarında tamami ilə yeni bir istiqamət olacaq:

"Azərbaycanın Ələt azad iqtisadi zonası layihəsini uğurla həyata keçirməsi bir neçə cəhətdən əlamətdar bir hadisədir. Çünki hamımız bilirik ki, Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı yoxdur və dünya təcrübəsi də göstərir, Prezident də bu amili çox dəqiq qeyd etdi ki, açıq dənizlərə birbaşa çıxışı olmayan ölkələrdə adətən azad iqtisadi zona layihələri o qədər də uğurlu nəticələr vermir, amma açıq dənizə çıxışı olmayan ölkələrin timsalında bu zonaların ən uğurlu nümunəsini yaratmaq şansına malikdir. Azərbaycanın buna nail olmaq şansı çox realdır, çünki bizim açıq dənizlərə çıxışımız olmasa da ölkəmiz müxtəlif beynəlxalq, regional nəqliyyat-tranzit dəhlizlərinin qovşağında yerləşir. Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb və s. beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi həm ölkə üçün indiyə qədər geniş imkanlar yaradıb, həm də azad iqtisadi zona layihəsinin uğurlarını təmin edəcək imkanlardan biridir. Açıq dənizlərə çıxışı olmayan bir ölkə olan Azərbaycan üçün bu qədər beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin qovşağında yerləşmək əslində açıq dənizə çıxışın olmaması kimi zəif, yaxud da çatışmayan cəhətin tam şəkildə kompensasiya edilməsi deməkdir. Başqa sözlə desək, Azərbaycanın indiyə qədər icra etdiyi müxtəlif beynəlxalq layihələr, müxtəlif dəhlizlər azad iqtisadi zonanın uğurlu bir layihə olacağını bu başdan söyləməyə imkan verir.

Azad iqtisadi zonanı ölkəmizə gətirəcəyi faydalarla bağlı Prezidentin özü kifayət qədər geniş məlumatlar verdi. Onun iqtisadi nöqteyi nəzərdən, əhalinin məşğulluğu, xarici investorların cəlb olunması nöqteyi nəzərdən əhəmiyyəti danılmazdır. Mən burada bir xüsusi məqamı da qeyd etmək istəyirəm ki, Prezident Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycanda xarici investisiyaların yatırılmasının yeni və çox mühim bir strategiyasını bəyan etdi. Bu da ondan ibarətdir ki, əlbəttə, Azərbaycan dövlətinin özünün ən müxtəlif layihələri icra etmək üçün maliyyə imkanları kifayət qədərdir. Azərbaycan dövləti istənilən halda həm sifarişçi, həm də podratçı kimi çıxış edib, istənilən layihəni icra edə bilər. Amma dövlət başçısı çox doğru qeyd etdi ki, Azərbaycana gələn bir sıra bəzi beynəlxalq təşkilatlar və dövlətlər burada ancaq podratçı qismində işləmək istəyirlər. Yəni, müəyyən layihələrin icrası sifarişini Azərbaycandan almaqla pul qazanmaq istəyirlər. Ona görə, Prezidentin bu məsələni xüsusi vurğu ilə qeyd etməsi o deməkdir ki, Azərbaycan lideri ölkəmizdə xarici investorların strategiyasında çox prinsipial bir keyfiyyət dəyişikliyi etməyə çalışır. Bu da ondan ibarətdir ki, xarici dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanda pul qazanmaqdan daha çox Azərbaycana pul qoyub, pul qazanmaq haqqında düşünməlidirlər. Bu, düşünürəm ki, ölkəmizdə xarici investorların strategiyalarında tamami ilə yeni bir istiqamət olacaq, bunu da Azərbaycan Prezidenti açdı. Bir sözlə, Ələt Azad İqtisadi Zonası Azərbaycan üçün çox mühim bir layihədir, onun maliyyət iqtisadi əhəmiyyətini bu başdan görmək mümkündür. Azərbaycanda xarici investroların strategiyanın yeni istiqamətinin yeni mərhələsinin açılmasında həm sınaq nümunəsi, həm də uğur nümunəsi ola bilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycandan qazanmaq istəyənlər BİLMƏLİDİRLƏR Uğurlu layihə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ