Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 12:20
Xəritələrin əldə edilməsi insan itkisinin qarşısını alır
Azərbaycan ərazisinə əlində silah, qanunsuz yollarla keçən və burada terror fəaliyyəti göstərən ermənilərin təhvil verilərək əvəzinə minalı ərazilərimizin xəritələrini almaq ölkə siyasətinin, diplomatiyasının uğuru sayılmalıdır. Çünki bu dəyişim variantı olmasa idi, Ermənistan tərəfi heç bir halda həmin xəritələri verməyəcəkdi.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, bu sözləri REAL TV-yə açıqlamasında Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. O bildirib ki, bunu özləri də bəyan etmişdi və belə bir xəritənin olmasını inkar edirdilər.
Rauf Arifoğlunun sözlərinə görə, bununla da bütün dünyaya, xüsusən də erməni gənclərinə, Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesaj verilir ki, Azərbaycan öz ərazisində baş verən hər hansı qanunsuz hərəkəti öz qanunları ilə mühakimə edəcək və cəzalandıracaq.
Politoloq Elxan Şahinoğlu isə minalanmış ərazilərin xəritələrinin əldə olunmasının Qarabağa qayıdışı eyni zamanda inşaat və yenidənqurma işlərini sürətləndirəcəyini qeyd edib. Bildirib ki, dövlət olaraq başlıca məqsəd azərbaycanlı soydaşlarımızı həmin bölgələrə köçürməkdir.
Bu da erməni separatizminə böyük zərbə olacaq.
Bununla da Azərbaycan erməni hərbi əsirləri hesabına mina xəritələrini təhvil alaraq düşmən üzərində növbəti diplomatik uğura imza atmış olur.