Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakini dollar krediti ilə bağlı ona təyin olunmuş kompensasiyanı ala bilmir - ŞİKAYƏT - VİDEO

Bakı sakini dollar krediti ilə bağlı ona təyin olunmuş kompensasiyanı ala bilmir - ŞİKAYƏT - VİDEO

Tarix: 7 Iyul 2021 15:56

Suraxanı rayon sakini Xavər Xudaverdiyeva 3 ildir ki, onun üçün təyin olunmuş 3678 manat 47 qəpik kompensasiyanı ala bilmir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Xavər Xudaverdiyeva 2014-cü ildə bankdan 36 ay müddətinə illik 28 faiz olmaqla 5700 ABŞ dolları məbləğində nağd pul krediti götürüb.

Məbləğ 2017-ci ildə tam şəkildə banka ödənilib. Dollarla bağlanan kredit müqavilələrinə görə, zərərçəkmiş vətəndaşlara kompensasiyanın ödənməsini nəzərdə tutan, Prezidentin 2019-cu ilin fevral ayının 28-də imzaladığı fərmana əsasən, Xavər Xudaverdiyevaya da kompensasiya təyin olunub. Lakin məbləğ bu günə qədər ödənilməyib.

Şikayətçi Xavər Xudaverdiyevanın oğlu Vüsal Xudaverdiyevin sözlərinə görə, Bakı İnzibati Məhkəməsi 12 noyabr 2020-ci ildə məbləğin hesablanmasının Mərkəzi Bankın öhdəliyində olduğuna dair qərar qəbul edib. Mərkəzi Bank vətəndaşın adının kompensasiya alacaq şəxslər siyahısında olduğunu təsdiqləyib.

Fərmanın 3.2 bəndini əsas tutaraq siyahı bu ilin yanvar ayının 19-da icra edilməsi üçün Maliyyə Nazirliyinə göndərilib.

Vətəndaşın iddiası ilə bağlı Maliyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ nəzarətə götürülüb. Sənədlər əsasında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   


Etiketlər:  Bakı sakini dollar krediti ilə bağlı təyin olunmuş kompensasiyanı bilmir ŞİKAYƏT VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ