Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin məzarının üstü götürüldü - FOTO

Xalq artistinin məzarının üstü götürüldü - FOTO

Tarix: 7 Iyul 2021 16:45

Mayın 7-də koronavirusdan 70 yaşında dünyasını dəyişən Xalq artisti Arif Quliyevin məzarının üstü götürülüb.

Sonxeber.net xəbər verir ki, bunu lent.az-a açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib. 

Xatırladaq ki, bir müddət öncə Xalq artisti Arif Quliyevin məzar daşının hələ də hazırlanmaması barədə yerli mediada məlumat yayılmışdı. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilmişdi ki, Xalq artistinin məzarının üstünü onun yaxınları götürməlidir: "Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb". Qeyd edək ki, A.Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.


Etiketlər:  Xalq artistinin məzarının üstü götürüldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ