Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 22:16
MDB məkanında tədricən avtomobil ölkəsi kimi məşhurlaşan Özbəkistanın avtomobil zavodları Rusiya maşınlarını bazardan çıxarmağa başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Qazaxıstanda uzun illərdən bəri ilk dəfə olaraq Özbəkistan istehsalı olan avtomobillərin satışı "Lada"ları üstələyib.
Məşhur ABŞ brendi olan "Chevrolet"in və "Ravon"ların istehsalçısı olan "Uzavtosonoat" zavodunun məhsulları Rusiya maşınlarını bazardan sıxışdırır.
Belə ki, 2021-ci ilin ilk 5 ayında Qazaxıstanda cəmi 2600 "Lada" avtomobili satılıb, bu əvvəlki ilin eyni dövründən 52% azdır. Bu göstərici ilə "Lada" satış həcminə görə 5-ci yerə enib.
Özbəkistanda buraxılan "Chevrolet"lər isə satışa görə birinci olublar. İlk 5 ayda Qazaxıstanda özbək avtomobillərinin satışı 4,5 dəfə artaraq 11,7 minə çatıb. "Hyundai", "Toyota" və "Kia" da satış həcminə görə "Lada"nı geridə qoub.
Ekspertlər bildirir ki, "Lada"ların bazarı itirməsi prosesi bundan sonra da davam edəcək. Çünki şirkətin rəqiblər, o cümlədən eyni qiymət seqmentində avtomobil buraxan "Hyundai" və "Volkswagen" daha maraqlı və cəlbedici məhsullar təklif edirlər.